!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

XİN-dən yayılan məlumatlarla bağlı DTX-yə MÜRACİƏT

!Reklam – Yazi

Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi olaraq, şəxsi məsələləri şərh etmirəm və bu barədə əvvəl də bildirmişdim. Lakin, son günlərdə Xarici İşlər Nazirliyinə qarşı bilərəkdən yalan və böhtan kampaniyasının aparıldığını müşahidə edirik. Bu qarayaxma kampaniyasının araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə tərəfimizdən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) rəsmi müraciət edilib.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib:

“Vətəndaşın şərəf və ləyaqəti ölkəmizdə Konstitusiya və digər qanunvericilik aktları ilə qorunur. Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və ləyaqətini ləkələmək hüququ vermir. Şəxsi həyata müdaxilə edərək, təhqir və böhtan xarakterli məlumatları yayanlar məsuliyyətə cəlb olunmalıdırlar.

Xarici İşlər Nazirliyinin həyata keçirdiyi vəzifələr strateji əhəmiyyətlidir və bilərəkdən bu mühüm dövlət orqanı barədə yalan və qərəzli məlumatların dövriyyəyə buraxılması dövlətin milli maraqlarını ciddi təhdid etməklə yanaşı, müstəqil respublikamızın beynəlxalq nüfuzuna da xələl gətirir.

Bu səbəblərdən qarayaxma kampaniyasının araşdırılmasını və Azərbaycan qanunvericiliynə uyğun olaraq müvafiq tədbirlərin görülməsini zəruri hesab edirik”.

www.yenicag.az

464
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv