Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

XİN Edvard Nalbəndyanın açıqlamasına münasibət bildirdi

Reklam: High Technic

“Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində sentyabrın 22-də ATƏT-in Minsk qrupunun həmsədrləri, sentyabrın 23-də isə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan ilə görüşü nəzərdə tutulub. Ancaq Ermənistan xarici işlər naziri yenə də öz ənənələrinə sadiq qalaraq sözügedən görüşlərdə guya prezidentlərin mümkün görüşü və Minsk qrupunun həmsədrlərinin regiona səfəri kimi yalnız protokol xarakterli məsələlərin müzakirə ediləcəyini iddia edir”.

Yenicag.az xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri E.Nalbəndyanın açıqlamasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, E.Nalbəndyan bu əsassız iddiası ilə yenə də özünü gülünc vəziyyətə qoyur və həmsədrləri “ciddi danışıqlar imkanı olmayan” “turist” və ya yalnız “tədbir təşkilatçısı” kimi təqdim etməyə çalışır: “Gərgin iş qrafikində həmsədrlərin ABŞ-a gələrək bu görüşləri təşkil etməkdə məqsədləri protokol və texniki məsələlər deyil. ATƏT-in Minsk qrupunun ABŞ-dan olan sabiq həmsədri Riçard Hoaqland tərəfindən münaqişənin həlli planı və prinsipləri geniş ictimaiyyətə açılıb. İndi Ermənistan Xarici İşlər Nazirliyi E.Nalbəndyanın timsalında əlacsız şəkildə bundan qaçmağa çalışır. E.Nalbəndyandan fərqli olaraq, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov həmsədrlərlə hazırda danışıqlar masasında olan və artıq hər kəsə bəlli olan təkliflər əsasında ciddi və substantiv danışıqlar aparacaq”.

www.yenicag.az

380
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM