Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Əfqanıstana və Braziliyaya başsağlığı ünvanlayıb.
Yenicag.az xəbər verir ki, bununla bağlı XİN-in “X”dəki hesabında paylaşım edilib.
“Əfqanıstanda baş verən dağıdıcı daşqınlar bizi dərindən kədərləndirdi. Bu fəlakətdə həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk”, – deyə XİN qeyd edib.
“Braziliyanın Rio-Qrande-du-Sul əyalətində daşqınlar nəticəsində yaranan dağıntılar və insan tələfatı bizi kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı verir və bu fəlakətdən zərər çəkənlərə tezliklə şəfa diləyirik”, – deyə paylaşımda bildirilib.