XİN əməkdaşı işdən ayrıldı – Yeni təyinat

Xarici İşlər Nazirinin birinci katibi Araz İmanov vəzifəsindən ayrılıb.

Yenicag.az-ın məlumatına görə, bu barədə A.İmanov özünün “Facebook” hesabında bildirib.

“Qürur hissi ilə bildirirəm ki, 16 illik təcrübəm ilə Xarici İşlər Nazirliyindən ayrılıb fəaliyyətimi Qarabağın bərpası istiqamətində davam etdirəcəyəm”. – deyə A.İmanov qeyd edib.