XİN: “Ermənistanın cəzasız qalması yeni cinayətlərə yol açır”

Azərbaycanın Xarici İşlər Nazirliyi Tərtər rayonunda minanın partlaması nəticəsində hər iki ayağını itirən Samir Əlizadə ilə bağlı paylaşım edib.

Yenicag.az xəbər verir ki, paylaşımda: “2020-ci ildə müharibə bitdikdən sonra mina qurbanlarının sayı 262 nəfərə çatır”, – deyə qeyd edilib.

O da vurğulanıb ki, Ermənistanın cəzasız qalması yeni cinayətlərə yol açır.