ATƏT-in Minsk Qrupunun həmsədrləri fevralın 6-da Azərbaycana səfərə gələcək.
Bu barədə Yenicag.az-a XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana 6 fevral tarixində gəlmələri, 7 fevral tarixində isə müvafiq rəsmi görüşlər keçirmələri gözlənilir.
Səfər çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə hal-hazırda aparılan intensiv və məntiqi əsaslı danışıqlara dair müzakirələrin davam etdirilməsidir.