XİN-in həbsdə olan sabiq vəzifəli şəxsləri ilə bağlı QƏRAR – YENİLƏNDİ

Səbail Rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin barəsində seçilən həbs qətimkan dəyişdirilməsi barədə müdafiəçilərin verdiyi vəsatətə baxılıb.

Hakim Şəhla Süleymanovanın sədrlik etdiyi iclasda qərar qəbul edilib.

Qərara əsasən, vəsatət təmin edilib və onun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.

Həmçinin və Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev barəsində də qərar verilib. Qərara əsasən, vəsatət təmin edilib və İ.Əliyev ev dustaqlığına buraxılıb./Report/

***

Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin əməkdaşı İlqar Əliyev və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev məhkəməyə müraciət ediblər.

Yenicag.az-ın məlumatına görə, sabiq XİN əməkdaşlarının həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı şikayətlərinə bugün Səbail rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, İlqar Əliyev və Nurupaşa Abdullayev DTX tərəfindən saxlanılıb. Səbail rayon Məhkəməsinin qərarı ilə barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.