!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

XİN-in ürkəkliyi, Müdafiə Nazirliyinin retro-slaydı - Aqil Bəkir yazır

!Reklam – Yazi

Azərbaycan-Ermənistan hərbçiləri arasında son baş verən hadisələr cəmiyyətin hər bir üzvünün haqlı hiddətinə səbəb oldu. Lakin məsələnin hərbi deyil, siyasi reaksiya tərəfinə toxunmaq istəyirəm. (Hərbi tərəfi ilə bağlı isə Səxavət Məmmədin müvafiq yazısından məlumat əldə edə bilərsiniz.)

Siyasi reaksiya dedikdə Azərbaycan tərəfinin müvafiq strukturlarının “operativ” və “layiqli” münasibətini nəzərdə tuturam. Əvvəllər bəlkə də bu, insana təsir etməzdi, lakin indiki şəraitdə Müdafiə Nazirliyinin (MN), Dövlət Sərhəd Xidmətinin (DSX) və Xarici İşlər Nazirliyinin (XİN) təkzib xarakterli bəyanat və açıqlamaları qıcıq doğurur.

Çox təəssüf ki, bizim dövlət orqanları operativlik anlayışından məhrumdurlar (insafən hamısı yox, böyük hissəsi). Hadisə baş verir, məsələ həll olunur, üstünü toz basır və ancaq bundan sonra açıqlama yayıb rəsmi mövqe ortaya qoyurlar. Axı mən nə üçün bu ölkədə baş verən və ya onu yaxından maraqlandıran hadisələri Allahın belə yadından çıxmış dövlətciyəzlərin yaydığı bəyanatlardan öyrənməliyəm? Niyə sosial şəbəkələrdə yayılan video və ya şəkilləri izləyib əsəb keçirməliyəm və oturub gözləməliyəm ki, bizim “yatmışlar” nə zaman oyanacaq?

Dünən baş verən hadisə ilə bağlı, nə əcəbsə, gün içində hər üç qurum da məlumat yaydı, ancaq bu açıqlamaların biri üçünə, üçü də birinə dəymirdi. Bla-bla-bla-bla! “Erməni təxribatıdır, yalandır”, – deyib keçirlər, sonra heç belə bir şey olmamış kimi yola davam!

Üstəlik, bəyanatlar da bir-birini təkrarlayır. Qardaş, erməni yalanıdır, olsun, ancaq bu erməni yalanını ola bilməzmi ki, Tanrının Azərbaycana bəxş etdiyi o mükəmməl dilin zənginliklərindən istifadə edərək sərt bir şəkildə yalanlayasınız və qarşı tərəfin boynuna çıxarmaları çətin olacaq bir xalta qoyasınız? Siz deyə-deyə durun, qarşı tərəfi vəziyyəti gərginləşdirməməyə çağırırıq. Kimdir sizə qulaq verən? Deyəcəklər, “Qoymayın, ayə, üstümə İrasim gəleyr”? Bundan çəkinmələri üçün, bəli, üstlərinə gedilməlidir!

Azərbaycan XİN-in yaydığı bəyanatlara fikir verin, görəcəksiniz ki, hamısı bir-birinin təkrarıdır, heç bir siyasi məna kəsb etmir. Bir az cəsarət lazımdır, bir az milli hiss lazımdır, çox yox, bir az da azad siyasi iradə!

Yoxsa anasının donunun dalında gizlənmiş uşaq kimi hərdənbir başını çıxarıb bir-iki söz deməklə olmur, olmaz da.

İkinci tərəf də Müdafiə Nazirliyinin diqqət yayındırma tryuklarıdır. Məsələ gündəmə gəldi, həmin dəqiqə Vətən müharibəsində erməni tanklarının-filan məhv edilmə görüntüləri ictimaiyyətlə paylaşıldı. Dəli bir ağlamaq keçir könlümdən!

Sən axı Müdafiə Nazirliyisən, niyə rüşvətxor məmurun diqqət yayındırma metodlarından istifadə edirsən?!

Önəmli məsələləri ört-basdır etməyə alışmış qurumlardan bundan artığını da gözləmirdim, açığı.

Nə görmək istəyirəm (-ik)?

Operativ, layiqli, sərt bəyanatlar, milli təəssübkeşliyi özündə ehtiva edən açıqlamalar! (burada yaxşı bir məsəl yazıla bilərdi)

Aqil Bəkir

www.yenicag.az

653
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv