Azərbaycan Xarici İşlər Nazirliyi Londonda törədilmiş terror aktını kəskin şəkildə qınayır.
Bu barədə XİN-in “Twitter” səhifəsində məlumat paylaşılıb.
“Terrordan əziyyət çəkən dövlət olaraq, Azərbaycan Londonda törədilmiş terror aktını kəskin şəkildə qınayır. Bu terror aktının qurbanlarının ailələrinə başsağlığımızı və dualarımızı çatdırırıq”-deyə bildirilib.
Yeniçağ.az