“Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları öldürməkdə və şikəst etməkdə davam edir”.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin paylaşımında bildirilib.
“Bu gün 1 mülki şəxs həlak olub, 1 nəfər isə yaralanıb və qurbanların sayı 333-ə çatıb.
Beynəlxalq ictimaiyyət bu təhlükəyə göz yummamalı və Ermənistanı mina basdırılan ərazilərin dəqiq xəritələrini verməyə çağırmalıdır, – məlumatda deyilir.