!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

XİN-nin həbs edilən əməkdaşları ilə bağlı QƏRAR

!Reklam – Yazi

Vəkillər öz çıxışlarında qərara bəraət qazandırılmasını tələb ediblər. Bu bizim üçün hələ son deyil. Biz hesab edirik ki, onların heç biri müqəssir deyil.

Bu ittiham keçmiş MTN-in istintaq xidməti tərəfindən saxtalaşdırılmış bir iş idi. İstintaq zamanı zərərçəkənlər dindirilib, halbuki onlar istintaq orqanları tərəfindən qanuni olaraq zərərçəkmiş hesab edilməmişdilər. Onların zərərçəkən kimi tanınması üçün Cinayət Məcəlləsində müddəa yoxdur. Bu isə onu deməyə əsas verir ki, onların heç biri faktiki olaraq zərər çəkməyib. Lakin ittiham aktında onlar zərərçəkmiş kimi təqdim olunub. Dubaydan gələn iki ərəb faktiki olaraq zərərçəkmiş hesab olunmur.

Bunu XİN-in həbs edilən əməkdaşlarının məhkəmə zalından azadlığa buraxılmasına münasibət bildirən Kamandar Nəsibov deyib.

***

Bu gün Xəzər Rayon Məhkəməsində Azərbaycana gələn əcnəbilərin viza rəsmiləşdirilməsi zamanı xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunla müəyyən edilmiş ödəmələrdən artıq məbləğdə pul almaqda təqsirləndirilən Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq idarəsinin beynəlxalq hava limanındakı viza şöbəsinin 3-cü katibi Elton Xəlilli və Nazirliyin digər əməkdaşı Anar Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Tərlan Əkbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü E.Xəlilli 1 il 2 ay və A.Quliyev isə 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onların cəzaları həbs edildiyi gündən hesablanıb və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata görə, həmin şəxslər 2018-ci il yanvarın 26-da keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıblar./Report/

www.yenicag.az

8250
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv