XİN Qəhrəmanmaraşdakı zəlzələnin 2-ci ildönümü ilə bağlı paylaşım etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Qəhrəmanmaraş bölgəsində baş verən zəlzələnin ikinci ildönümü ilə bağlı paylaşım edib.

Yenicag.az xəbər verir ki, nazirliyin “X” hesabındakı paylaşımda deyilir:

“Türkiyənin Qəhrəmanmaraş bölgəsində baş verən dəhşətli zəlzələdən 2 il ötür.

Qardaş Türkiyədə ciddi insan itkisi və böyük dağıntılara səbəb olan bu fəlakətin qurbanlarını dərin kədərlə yad edir, onlara Allahdan rəhmət diləyirik.

Qardaş Türkiyə qədər ölkəmizi və xalqımızı da dərindən sarsıdan belə fəlakətlərin bir daha yaşanmamasını, Türkiyə dövləti və xalqına hər zaman firavanlıq və rifah arzu edirik”.