Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

XİN rəhbəri həmsədrlərlə görüşdü - FOTO

Reklam: Sinerji Pro

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), Endryu Şafer (ABŞ) və Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və ATƏT-in Fəaliyyətdə olan Sədrinin Şəxsi Nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

Bu barədə Yenicag.az-a Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Görüş bu ilin 10 noyabr tarixində Üçtərəfli Bəyanatın imzalanmasından sonra həmsədrlərin bölgəyə həyata keçirdiyi ilk səfəri çərçivəsində baş tutub.

Görüşdə bölgədəki vəziyyət və 10 noyabr tarixli Bəyanatın icrası ilə bağlı məsələlər müzakirə edilib.

www.yenicag.az

180