XİN rəsmisi: “Azərbaycanı müharibəyə Ermənistan təhrik edib” – VİDEO

“Qarabağ münaqişəsinin diplomatik yolla həlli üçün İrəvanın Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarması barədə öhdəlik götürməsi lazımdır”.

Bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva TRT-yə verdiyi müsahibəsində bildirib.

O vurğulayıb ki, Azərbaycan Ermənistan tərəfindən müharibəyə təhrik edilib və bu, heç mübahisə mövzusu deyil.