Rusiya Zəngəzur dəhlizi ilə bağlı mövqeyini İran tərəfinə izah edib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
“Biz tərəfdaşlarımızla təmasdayıq və bu, daimi təmasdır. Dəhlizlə bağlı bütün izahatları vermişik. Təqdim etdiyimiz arqumentlər Tehranda dinlənilib və qəbul edilib”, – Zaxarova deyib.