Bu gün Xırdalan-Bakı qatarında yubanma qeydə alınıb.
Yenicag.az xəbər verir ki, Biləcəridən saat 08:18-də yola düşən qatar 11 dəqiqə gecikib.
Bələdçi bildirib ki, yolda yaranan maneə səbəbindən maşinistə verilən hərəkət siqnalı kəsildiyi üçün qatar yolda qalıb.
Saat 08:32-də Bakı Dəmir Yolu Stansiyasına çatmalı olan qatar 08:43-də reysi tamamlayıb.