Xırdalan-Binəqədi yolunda hərəkət məhdudlaşdırılır

Aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən müəyyən hissəsində iyunun 8-də avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Yenicag.az-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırlması təmir işləri bitənədək qüvvədə olacaq.

Bununla əlaqədar olaraq sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

COP29