Xırdalana və Lökbatana metro çəkiləcək

bakumetroBakı Dövlət Layihə İnstitutu Bakıətrafı ərazilərə metro xəttinin çəkilişini təklif edir.

Yenicag.az lent.az-a istinadən xəbər verir ki, Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov bildirib ki, bununla bağlı 3 əsas istiqamət nəzərdən keçirilir: “Xırdalan şəhəri istiqamətində metro xəttinin genişlənməsini və bütün Xırdalanı əhatə edilməsi plandadır. Lökbatan və Rəsulzadə qəsəbələri istiqamətində də metro xəttinin çəkilməsi əsas prioritetlərdən biridir. Binəqədi rayonunda böyük bir səhiyyə kompleksinin, o cümlədən əczaçılıq və səhiyyə sənayesinin inkişafını nəzərdə tutan böyük bir parkın yerləşdirilməsi nəzərdə tutulub. Həmin parkadək metro xəttinin uzadılmasını təklif etmişik”.

İ. İsbatov əlavə edib ki, rəhbərlik etdiyi institut Lökbatanda yeni avtovağzalın tikilməsini təklif edib.

“Bundan başqa, Ələt qəsəbəsində aşağı büdcəli aviareyslərə hesablanan hava limanının tikintisi məqsədəuyğundur”, – deyə o bildirib.

Yenicag.az

COP29