Abşeron rayonunda 24 yaşlı qadın 4-cü mərtəbədən yıxılıb.
Yenicag.az-ın məlumatına görə, hadisə Xırdalan şəhərində baş verib. 24 yaşlı Nuranə İsmayılzadə 4-cü mərtəbə yerləşən yaşadığı mənzilin pəncərələrini silən zaman ehtiyyatsızlıqdan yıxılıb. Xəsarətlər alan Nuranə İsmayılzadə təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırlıb. Onun həyatını həkimlər xilas edə biliblər.
Faktla əlaqədar Abşeron rayon Polis İdarəsində araşdrımalara başlanılıb.