!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xırdalanda 30 yaşlı qadın itkin düşdü - DİN-dən AÇIQLAMA / FOTO

!Reklam – Yazi

Daxili İşlər Nazirliyi (DİN) Abşeron rayonu, Xırdalan şəhərində yaşayan 30 yaşlı Əliyeva Cəmilə Telman qızının itkin düşməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, C.Əliyevanın itkin düşməsi ilə bağlı müraciət qeydə alınıb, axtarışlar aparılır.

Qeyd edək ki, C.Əliyevanın bacısı hadisənin 6 gün əvvəl qeydə baş verdiyini deyib. “Cəmilənin itkin düşməsi, öldürülməsi və ya başına hansı hadisənin gəldiyi barədə heç bir məlumatımız yoxdur. Sadəcə həyat yoldaşı 6 gün əvvəl bizə zəng edib deyib ki, səhər yuxudan oyananda Cəmilənin evdə olmadığını görüb. Bundan sonra Cəmilənin axtarışına başlasaq da, hələ ki, onun haqqında heç bir məlumat əldə edə bilməmişik. Onun 10 yaşında bir oğlu da var. Hadisədən öncə həyat yoldaşı ilə arasında münaqişə zamanı Cəmilənin telefonu qırılıb”.

O deyib ki, C.Əliyevanın əqli-qüsuru olmayıb.

***

17:19

Abşeron rayonu, Xırdalan şəhərində yaşayan 30 yaşlı Əliyeva Cəmilə Telman qızı itkin düşüb.

Yenicag.az xəbər verir ki, bu barədə “Report”a onun bacısı məlumat verib.

O bildirib ki, hadisə 6 gün əvvəl qeydə alınıb:

“Cəmilənin itkin düşməsi, öldürülməsi və ya başına hansı hadisənin gəldiyi barədə heç bir məlumatımız yoxdur. Sadəcə həyat yoldaşı 6 gün əvvəl bizə zəng edib deyib ki, səhər yuxudan oyananda Cəmilənin evdə olmadığını görüb. Bundan sonra Cəmilənin axtarışına başlasaq da, hələ ki, onun haqqında heç bir məlumat əldə edə bilməmişik. Onun 10 yaşında bir oğlu da var. Hadisədən öncə həyat yoldaşı ilə arasında münaqişə zamanı Cəmilənin telefonu qırılıb”.

O deyib ki, C.Əliyevanın əqli-qüsuru olmayıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

www.yenicag.az

775
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv