Abşeron rayonunda 47 yaşlı qadının mənzilində meyiti tapılıb.
Yenicag.az lent.az-a istinadən xəbər verir ki, Xırdalan şəhərində mənzildə 1968-ci il təvəllüdlü İsayeva Afaq Əlibaba qızı bağlı qapı arxasında qalıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər. A.İsayevanın cəsədi aidiyyəti üzrə təhvil verilib.