Xırdalanda ata qızını qətlə yetirib

3457ef49d894e33352668b1629fd2c05Abşeron rayonunda qətl törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 20-də Xırdalan şəhərində yaşayan Zəhra Əliyarovanın evindən onun qardaşının qızı, Ağdam rayon sakini Aygün Cabbarova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən A.Cabbarovanın atası Nəsib Cabbarov tutulub.(APA)