Bakıya və Abşeron yarımadasına intensiv yağan yağışlar yenidən biabırçı mənzərəyə səbəb olub.
Yenicag.az xəbər verir ki, Xırdalan şəhəri, Quşçuluq massivində də vəziyyət olduqca ağırdır.
Yağış nəticəsində yaranan süni göl insanların gediş-gəlişinə problem yaradır. Bundan başqa evlər də su altında qalıb. İnsanlar evlərinə dolan sudan xilas olmağın yollarını axtarırlar.
Aidiyyatı qurumlar isə susur…