Xırdalanda cibgir saxlanıldı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhəri ərazisində avtobusda Oğuz rayon sakini A.Azaxovanın içərisində 150 manatı və gümüş qolbağı olan pulqabısını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Nazim Cəfərov olduğu müəyyən edilib.

Polis əməkdaşları tərəfindən onun digər analoji əməllərinin də üstü açılıb. Belə ki, onun ictimai nəqliyyatda Masazır qəsəbə sakinləri Z.Orucovanın və C.Bəndəliyevin çantalarından mobil telefon, Xırdalan şəhər sakini V.Həsənovun cibindən isə 170 manat və mobil telefon oğurladığı da müəyyən edilib.

Araşdırma aparılır.