Xırdalanda dəyirman uçdu: Ölən və yaralananlar var

tibbiyardimAbşeron rayonu Xırdalan şəhəri ərazisində dəyirman uçub.

Yenicag.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Abşeron Rayon Polis idarəsinin rəis müavini Azər Cahangirov SalamNews-a bildirib ki, hadisə nəticəsində 2 nəfər ölüb, yaralananlar var.

Faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək.

Yenicag.az