Xırdalanda elektrik sayğacları yandı

Xırdalanda elektrik sayğacları yanıb.

Yenicag.az FHN-ə istinadən xəbər verir ki, Abşeron rayonunun Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindən 4-cü mərtəbəsinə kimi pilləkən qəfəslərində quraşdırılan elektrik lövhələrində 16 ədəd sayğac və 10 p.m elektrik kabel yanıb.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.