Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Xırdalanda intihar: Gənc oğlan özünü 5-ci mərtəbədən atdı

Abşeron rayonunda gənc oğlan özünü binanın beşinci mərtəbəsindən ataraq intihar edib.

Yenicag.az ONA-ya istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, Heydər Əliyev küçəsində baş verib.

Belə ki, oğlan yaşadığı binanın beşinci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq hadisə yerindəcə ölüb. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Ölənin şəxsiyyəti hələ ki, müəyyənləşməyib, təxminən 20-25 yaşlarında olduğu bildirilir.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

www.yenicag.az

1164
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100