Xırdalanda ailə faciəsi: Kişi keçmiş həyat yoldaşını bıçaqladı

Abşeronda kişi keçmiş həyat yoldaşını bıçaqlayıb.

Yenicag.az xəbər verir ki, 1978-ci il təvəllüdlü Piriyev Mehdi Sədaqət oğlu keçmiş həyat yoldaşı, 1981-ci il təvəllüdlü Məmmədova Ülviyyə Elxan qızının yaşadığı evə gələrək onu bir neçə nahiyədən bıçaqlayıb.

Yaralı xəstəxanaya çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilib./Trend/