!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Xırdalanda məktəb baxımsız vəziyyətdədir - FOTO/VİDEO

!Reklam – Yazi

Abşeronda təhsil müəssisəsindəki vəziyyət valideynləri narahat edir.

Yenicag.az xəbər verir ki, bu barədə Oxu.Az-a valideynlər tərəfindən şikayət daxil olub. Bildirilib ki, söhbət rayonun Xırdalan şəhərində yerləşən 2 nömrəli orta məktəbdən gedir.

Məktəbin sinif otaqları, dəhlizi təmirsiz və bərbad haldadır. Şagirdlər bu vəziyyətdə olan məktəbdə təhsil alırlar, həmçinin məktəbdə iki növbəli yox, 3 növbəli tədris prosesi həyata keçirilir.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin Əsaslı Tikinti və Təchizat İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ diqqətdə saxlanılır:

“Zərurət olan təhsil müəssisələrində sistemli şəkildə bütün qovşaqlar düzəldiləcək”.

www.yenicag.az

293
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv