Xırdalan şəhərində Heydər Əliyev Parkının girişində yerləşən restoranda yanğın olub.
Hadisə şahidləri bildirib ki, yanğın bir az əvvəl başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 4 yanğınsöndürən maşını cəlb olunub.
Yanğın söndürülüb. Hadisəyə səbəbin qaz sızması olduğu bildirilir.
![](https://qafqazinfo.az/hikoGaleri/161409.jpg)
![](https://qafqazinfo.az/hikoGaleri/461253.jpg)
![](https://qafqazinfo.az/hikoGaleri/922431.jpg)
![](https://qafqazinfo.az/hikoGaleri/495116.jpg)