Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 360 m² olan birmərtəbəli restoranın mətbəxinin lambirdən ibarət tavanı 20 m² sahədə və bacasında yağ qalıqları yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub.
Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.