Xırdalanda su kəsildi

Su kəmərində baş vermiş qəza ilə əlaqədar Xırdalan şəhərinin bir hissəsinə (kənd Xırdalan adlanan hissə və ona yaxın ərazilər) içməli suyun verilişində fasilə yaranıb.

Yenicag.az bu barədə “Azərsu” ASC-yə istinadən xəbər verir.

Məlumata görə, sabah günorta saatlarına qədər həmin əraziyə suyun verilişi dayandırılacaq.