Xırdalanda yanğın: sakinlər təxliyə edilib

Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında şaxtadan keçən elektrik kabeli yanıb.

Yeniçağ.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, hadisə zamanı yanğınsöndürənlər tərəfindən 17 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 23:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yeniçağ.az