Xırdalanda yol təmirinə 3,9 milyon manat ayrıldı

Prezident İlham Əliyev Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncama əsasən, Xırdalan şəhərində ümumi uzunluğu 5,1 kilometr olan avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,9 milyon milyon manat ayrılıb.