Abşeron rayonu, Xırdalan şəhərində küçədə antisanitar vəziyyət yaranıb.
Yenicag.az xəbər verir ki, bu barədə ərazidə yaşayan sakinlər məlumat veriblər.
Bildirilib ki, şəhərin Mehdi Hüseynzadə küçəsində zibil tullantıları qalaqlanıb:
“Məişət tullantıları ərazidə qalaqlansa da, təmizlənmir. Qalaqlanmış zibillərə görə, sakinlər ərazidən rahat keçə bilmirlər. Yay fəsli olduğu üçün üfunət iyi ətrafı bürüyüb”./oxu.az/