İyunun 14-də saat 18 radələrində Xızı rayonunun Giləzi qəsəbəsində A.Ağayevin idarə etdiyi “Mercedes” və Xalidə Xəlilzadənin idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, nəticədə X.Xəlilzadə və sərnişini Gülbəniz Qaçıyeva hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.