!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qadın özünü avtobusdan niyə atdı? - Təfərrüat/YENİLƏNDİ

!Reklam – Yazi

Bu gün səhər saatlarında Xızıda bədbəxt hadisə baş verib.

Hadisə Xızının Giləzi qəsəbəsində qeydə alınıb. Avtobusda qaz qoxusunun gəldiyini hiss edən 50 yaşlı Naibə Rzayeva içəridəki maye qaz balonunun partlayacağını düşünərək özünü hərəkətdə olan avtomobildən yerə atıb. Kəllə-beyin travması alan qadın hadisə yerində dünyasını dəyişib.Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir./APA/

***

Xızı rayonunda özünü sərnişin avtobusundan ataraq intihar edən qadının adı məlum olub.

İntihar edən şəxs 1968-ci il təvəllüdlü Rzayeva Naibə Soltan qızıdır.

***

09:42

Xızı rayonunda orta yaşlı qadın özünü sərnişin avtobusundan ataraq intihar edib.

Yenicag.az məlumat verir ki, təqribən 40-45 yaşlarında olan qadın özünü hərəkətdə olan avtobusdan atıb. Qadın aldığı xəsarətlərdən vəfat edib. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır./Report/

www.yenicag.az

3274
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv