Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub

Sentyabrın 30-da Samur-Abşeron kanalının Xızı rayonu ərazisindən keçən hissəsində meyiti tapılan şəxsin kimliyi müəyyənləşib.

APA-nın Şimal bürosunun məlumatına görə, meyit sudan çıxarılarkən tanınmaz halda olduğundan DNT analizi götürülüb.

Meyiti tapılan şəxsin sentyabrın 6-da itkin düşən Siyəzən şəhər sakini, 22 yaşlı Mahmud Məlikov olduğu təsdiqlənib.

Bu barədə M. Məlikovun yaxınları məlumat verib. Bildirilib ki, meyit dəfn üçün sabah ailəsinə təhvil veriləcək.

Faktla bağlı araşdırmalar davam etdirilir.

COP29