Xızıda müəllimlərin olduğu avtobus qəzaya düşdü – 3 ölü, 21 yaralı (Yenilənib 2)

kaza07İlkin məlumata əsasən, qəza nəticəsində 2 nəfər ölüb. Yaralılar Xızı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xələfli kəndində baş verən yol qəzası nəticəsində xəsarət alanların sayı 21-ə çatıb.

Xəsarət alanların xəstəxanalara aparılması üçün Xızı, Siyəzən və Sumqayıtdan təcili-tibbi yardım briqadalar cəlb olunub.

Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir.Z (APA)

***
Xızıda aşan avtobusdakılar müəllimlər olub. “Report” xəbər verir ki, ölənlərdən biri Sumqayıt Dövlət Texniki Kollecinin idman müəllimi, 1984-cü il təvəllüdlü Hacıyev Kamil İslam oğludur.

Yaralılardan 11 nəfəri Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə

22:32
***
Xızıda baş vermiş ağır yol qəzasında yaralananlardan daha biri dünyasını dəyişib.

Bu barədə APA-ya Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından bildirilib.

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən şəxs orada dünyasını dəyişib. Onun şəxsiyyəti müəyyənləşdirilir.