Xızıda “Opel” kül oldu

Xızıda avtomobil yanıb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, yanan “Opel” markalı minik avtomobili olub. Məlumata görə, avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.