Xızı rayonunda yol qəzası baş verib.
Yenicag.az APA-ya istinadən xəbər ki, “Toyota” markalı avtomolbil “Niva” markalı avtomobillə toqquşub.
Xəsarət alanların olduğu bildirilib.
Qəzada xəsarət alanlardan birinin Xızı rayon prokuroru Xəyala Aslanova olduğu vurğulanıb.
Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.