!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xocahəsən qəsəbəsində mağaza yarıldı – FOTO

!Reklam – Yazi

ogruOğurluq hadisəsi paytaxtın Binəqədi rayonu, Xocahəsən qəsəbəsinin Allahverdiyev küçəsində baş verib.

Mağaza sahibi Riyad Əmənov bu xoşagəlməz hadisədən səhər saatlarında xəbər tutub. Zərərçəkənin oğlunun sözlərinə görə, səhər mağazanı açmağa gələndə gözlərinə inanmayıblar. Dəmir qapını linglə sındıran naməlum şəxslər içəri daxil olaraq, əllərinə keçəni götürüblər. Mağazadan geyim əşyaları, şirniyyat bölməsindəki məmulatlar, spirtli içkilər, siqaretlər, 500 manatlıq ətirlər və kassadakı 100 manat dəyərində olan qəpiklər oğurlanıb.

Zərərçəkənin sözlərinə görə, xoşbəxtlikdən “çagırılmayan qonaqlar” mağazada bazarlıq üçün nəzərdə tutulan 1500 manat pulu tapa bilməyiblər.

Ümumlikdə mağaza sahibinə 3000 manat dəyərində ziyan dəyib. Artıq məsələ ilə bağlı Binəqədi rayon polis idarəsinin 40-cı Polis bölməsinə məlumat verilib. Mağazaya baxış keçirən kriminal ekspertlər barmaq izləri götürüblər. Məlumat üçün onu da qeyd edək ki, bu, sözügedən qəsəbədə son 3 ay ərzində sayca 3-cü oğurluqdur.

Yeniçağ.az

www.yenicag.az

1048
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv