Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Xocalı bizim ortaq ağrımız, qanayan yaramızdır” - Türk millət vəkili

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, Ədalət və İnkişaf Partiyasının Adanadan seçilmiş millətvəkili prof.dr. Necdet Ünüvar Xocalı soyqırımının 26-cı ildönümündə qətliamın baş verdiyi vaxtda Xocalının icra başçısı olan hazırda isə millət vəkili vəzifəsini icra edən Elman Məmmədovun başçılıq etdiyi Azərbaycan heyətini qəbul edib.

Yaxın keçmişin ən böyük qətliamlarından biri olan Xocalı soyqırımının 26-cı ildönümü ərəfəsində TBMM-ə gedən Azərbaycan heyəti AKP-nin qrup toplantısına qatılıb.

Aralarında qətliamın qurbanı olmaqdan son anda xilas olmuş Xocalının icra başçısı Elman Məmmədovun da olduğu heyət üzvləri prezident Rəcəb Tayyib Ərdoğanın qrup toplantısındakı çıxışını başdan sona qədər diqqətlə dinləyiblər.

Prezident Ərdoğanın çıxışının sonunda söylədiyi sözlərdən sonra salondan “Şəhidlər ölməz, vətən bölünməz” şüarının sədaları yüksəlib, heyət üzvləri Azərbaycan bayraqlarını qaldıraraq dəstəklərini ifadə ediblər.

“Əgər dünyada vəhşi bir qətliam axtaran varsa, o Xocalıdır. Son zamanlarda bəşər tarixinin ən böyük zülmlərindən biri bundan 26 il əvvəl Xocalıda yaşanmışdır. Dünyada hər fürsətdə demokratiyadan, insan hüquq və azadlıqlarından danışıb, Xocalı qətliamının səbəbkarlarına qarşı sanskiya tələb edən və ya sanksiya tətbiq edən hər hansı bir ölkə eşitmisinizmi? Eşidə bilməzsiniz. Çünki söhbət bir müsəlmandan, üstəlik türkdən gedirsə bunların gözləri, qulaqları və vicdanları görməz, eşitməz, hiss etməz. Xocalı qətliamını hamı unutsa da, biz unutmayacağıq, unutdurmayacağıq”.

İclasın sonunda isə heyət üzvləri çıxışında Xocalı soyqırımına yer verdiyi üçün prezident Rəcəb Tayyib Ərdoğana minnətdarlıqlarını ifadə edib.

Onlar daha sonra isə Türkiyə-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun sədri, AKP-nin Adana seçilmiş millətvəkili prof.dr. Necdet Ünüvarı ziyarət ediblər.

Ünüvar bu görüşdən olduqca məmnun olduğunu bildirib, Türkiyə və Azərbaycan arasında fərq olmadığını söyləyib. O qeyd edib ki, Azərbaycanın problemi Türkiyənin, Türkiyənin problemi isə Azərbaycanın problemidir:

“Xocalı bizim ortaq ağrımız, qanayan yaramızdır. Xocalı qətliamının 26-cı il dönümündə şəhidlərimizi bir daha rəhmətlə anırıq. Xocalını heç vaxt unutmayacağıq, unutdurmayacağıq”.

www.yenicag.az

1317
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM