Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Xocalı əsiri Soyqırım günü KARSA SALINDI – DƏHŞƏT

1457520840_yara-1Vətəninfo.az-a Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsindəki mənbələrdən daxil olan məlumata görə, 6 aydan çoxdur adıçəkilən çəzaçəkmə müəssisəsində məhkum, Xocalı rayonundan olan, Xocalı rayonu Ermənistan təfərindən işğala məruz qalan zaman ailəsi ilə birlikdə əsir düşmüş və atasının və qardaşlarının ailəsinin gözü qarşısında baş kəsilmiş,özü isə ermənilər tərəfindən əsirlərin gözü önündə əlindən güllələnmiş, ikinci dərəcəli Qarabağ Müharibəsi əlili Məmmədov Əhməd Məmməd oğlu bu il – Xocalı soyqırımının 24 illiyi günündə həbsxananın rəis müavini Şakirin (soyadını dəqiqləşdirməyə çalışırıq. K) göstərişi əsasında karsa salınaraq işgəncəyə məruz qalıb.

Məlumatı dəqiqləşdirmək üçün Əhməd Məmmədovun ailəsi ilə əlaqə saxladıq. Anası Məmmədova Narxanım Heydərəli qızı faktı təsdiqlədi və əlavə etdi ki, onlar 2 saylı cəzaçəkmə müəssisəsinin rəis əvəzi polkovnik-leytenant Elçin Əlicanovla görüşüblər. Narxanım ananın dediklərindən:

” Elçin müəllim martın 7-də bizi qəbul etdi.Bütün işçiləri otağına yığdı, təkcə Şakir adlı müavinindən başqa hamı orada idi. Əhmədi də karsdan çıxartdırıb otağına gətizdirdi. Orada hamıdan Əhmədin özünü dustaq kimi necə aparmasını soruşdu, bütün işçilər bildirdilər ki, 6 ay ərzində Əhmədin nə məhkumlara, nə də həbsxana heyətinə qarşı hər hansı bir qanunsuz hərəkəti olmayıb. Belə olduqda oğlumun hansı əsaslarla karsa salındığı və karsa salınmazdan əvvəl Xocalı soyqırımı günü ağır işgəncəyə məruz qaldığını soruşdu. Həbsxana işçiləri də bunun səbəbini yalnız və yalnız Şakirin bildiyini və onun göstərişi ilə karsa saldıqlarını qeyd etdilər.Yəni mənim övladıma verilən işgəncənin və karsa salınmasının arxasında Şakir dayanır. Bunu isə kimlərin sifarişi ilə edir, bilmirəm. Bildiyim odur ki, oğlumu mənə ölü qaytarmaq istəyir”.

Narxanım Məmmədova daha sonra qeyd etdi ki, oğlu Əhməd Məmmədov həbsxanada sarılıq xəstəliyinə yoluxub. Əhməd həbsxananın tibb məntəqəsində qalmaq əvəzinə,ona işgəncə verərək karsa sakıblar. Bu da onun xəstəliyinin daha da şiddətlənməsinə səbəb olub:

“Oğlum birbaşa polkovnik-leytenant Elçin Əlicanovun yanında bildirdi ki,xəstəliyi ilə bağlı həkimlərin yazdığı dərimanlar belə, karsda qaldığı gün ərzində ona verilməyib. Bu məlumatdan sonra rəis elə oradaca göstəriş verdi ki, Əhməd karsdan buraxılsın və həkimlər tərəfindən yazılan dərmanları verilsin. Rəisin sözü ilə Əhməd dərhal karsdan buraxılsa da, səhəri gün rəisin orada olmadığından istifadə edilərək Şakir öz niyyətini yenidən həyata keçirib, yəninə dərmanlarƏhmədə verilməyib, əksinə, o, yenə işgəncələrə məruz qalıb”.

Narxanım ana bildirdi ki, o, mətbuat vasitəsilə ölkə Prezidenti cənab İlham Əliyevə, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevaya, Ədliyyə naziri Fikrət Məmmədova, Milli Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə və ölkənin baş prokroru Zakir Qaralova müraciət edərək 2 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan övladı Əhmədə qarşı baş vermiş bu cinayətkarlığa son qoyulmasını istədiyini dedi.

Redaksiyadan:sözügedən məlumatla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsinin də mövqeyini dərc etməyə hazırıq.

videonun 12:12-ci dəqiqəsində izləyəcəyiniz yaralı oğlan uşağına baxın

Loading...

www.yenicag.az

341
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100