Xocalı faciəsinin ilk şahidi Şəhidlər Xiyabanını ziyarət etdi

pilot3Bakıda səfərdə olan, Xocalı qətliamının ilk şahidi, jurnalistləri bu vəhşiliyin törədildiyi yerə helikopterlə aparan ukraynalı pilot Kraveç Leonid Markoviç və xanımı Alla Kravets bu gün səhər Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Kraveç Leonid Markoviçi Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Türk Şurasının Ukraynadakı baş koordinatoru Hikmət Cavadov, UABD-nin sədr müavini Murad Cəfərov müşayiət edib.

Qeyd edək ki, Kraveç Leonid Markoviç Gəncədə hərbi xidmətdə olub, yaşayıb və məhz 24 il əvvəl Xocalıya Gəncədən uçub.(azadinform)

Xocalı faciəsinin ilk şahidi -  Şəhidlər Xiyabanını ziyarət etdi

Xocalı faciəsinin ilk şahidi -  Şəhidlər Xiyabanını ziyarət etdi

Xocalı faciəsinin ilk şahidi -  Şəhidlər Xiyabanını ziyarət etdi