Bu gün ərzində Xocalı prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
Yenicag.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
“23.02.2019 tarixində Xocalı prospektində üfiqi nişanlanma xətlərinin çəkilməsi ilə əlaqədar gün ərzində yolda hərəkət qismən məhdudlaşdırılacaq. Sürücülərdən bunu anlayışla qəbul etmələrini xahiş edirik”, – deyə məlumatda vurğulanıb.