Xocalı qatili Şuşada ağır yaralandı

Şuşa ətrafında gedən döyüşlərdə Ermənistanın sabiq müdafiə naziri, general-polkovnik Seyran Ohanyan ağır yaralanıb.

Yenicag.az xəbər verir ki, daha əvvəl onun Şuşanın “hərbi komendant”ı “təyin olunması” barədə məlumat yayılıb.

Azərbaycanın rəsmi mənbələri Seyran Ohanyanın yaralanması barədə məlumatı təsdiqləyiblər.

Xatırladaq ki, Ohanyan Xocalı faciəsinin təşkilatçılarından, qətliam qatillərindən biridir.