!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xocalı soyqırımı Ankarada anıldı – FOTOLAR

!Reklam – Yazi

22907_Manshet resmiTürkiyənin paytaxtı Ankara şəhərində fəaliyyət göstərən “Yerli Düşüncə” dərnəyi tərəfindən təşkil olunan “Xocalı Soyqırımı 24-cü ildönümündə” konfransda soyqırımın qurbanları anılıb. Bu haqda “Yerli Düşüncə” dərnəyinin Azərbaycan təmsilçisi Cavid Mövsümlü məlumat verib.

Məlumata əsasən Xocalı soyqırımının anılması üçün tədbirin düzənlənməsi təşəbbüsü ilə bu dərnəyin Azərbaycan təmsilçisi Cavid Mövsümlü təşkilat rəhbərliyinə müraciət etmiş və təşkilat rəhbəri Ordu şəhərindən seçilmiş millət vəkili Metin Gündoğdu tərəfindən qəbul edilərək hazırlık işlərinə başlanılıb.
Tədbir Ankarada yerləşən otellərdən birinin konfrans salonunda, 26 Fevral tarixində baş tutub. Konfransa çıxışçı olaraq Azərbaycandan Qarabağ müharibəsi veteranı İbad Hüseynov, Azərbaycanlı tarixçi Ph.DR. Cavid Mövsümlü, Türkiyədən Cümhurbaşkanı baş məsləhətçisi və “Yerli Düşüncə” dərnəyinin fəxri sədri Yalçın Topçu, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun başçısı, Adana millət vəkili Nejdet Ünüvar, İğdır millət vəkili, əslən azərbaycanlı olan Nurettin Aras, Süleyman Demirel Universitetinin professoru Timuçin Kodaman qatılıblar.

Tədbir Türkiyədə böyük marağa səbəb olduğundan Türkiyənin müxtəlif yerlərindən, müxtəlif təşkilat və qurumlardan və eləcə də Türkiyədə fəaliyyət göstərən baska ölkələrin fərqli qurumlarından nümayəndəliklər qatılmışdırlar. Tədbirə çox sayıda Ankarada təhsil alan Azərbaycanlı tələbələr də iştirakları ilə öz dəstəklərini nümayiş etdirmişdirlər. Eyni zamanda tədbiri Türkiyənin çoxsayda fərqli media qurumları da bu tədbiri işıqlandırmaq üçün iştirak edirdilər.

Konfrans Xocalı soyqırımı qurbanlarının bir dəqiqəlik sükutla anılmasından sonra “Yerli Düşüncə” dərnəyinin rəhbəri Metin Gündoğdu açılış nitqi söyləyərək, bu soyqırımın 20-ci əsrin ən dəhşətli soyqırımı kimi dəyərləndirərək qonaqlara bu mövzuda Azərbaycana dəstək olmağa və bu həqiqətləri dünyaya çatdırmaqda aktiv olmağa çağırıb. Daha sonra Xocalı Soyqırımına həsr olunmuş qısa metrajlı film gələn qonaqlara təqdim edilib. Film izləndikdən sonra kürsüyə konfransın çıxışçıları dəvət olunaraq panelə başlanılıb.

İlk çıxış edən Türkiyə prezidentinin baş məsləhətçisi Yalçın Topçu Xocalı Soyqırımının bu dövlət tərəfindən də tanınması yönündə Türkiyə parlamentinin millət vəkillərinə səslənərək “Bu təkcə Azərbaycana qarşı deyil, Türkiyəyə də qarşı edilmiş bir soyqırımdır” ifadələrini söyləyib.
Daha sonra millət vəkili Nejdat Ünüvar Azərbaycana qarşı törədilmiş olan bu soyqırıma beynəlxalq aləmdə ədalət qazandırmaq və günahkarların cəzalandırılması yöndə birgə fəaliyyət haqqında, millət vəkili Nurettin Aras Azərbaycana qarşı ermənilər tərəfindən daha öncələr də törədilmiş soyqırım və haqsızlıklar haqqında, professor Timuçin Kodaman Azərbaycan-Türkiyə əlaqələrində erməni məsələsi haqqında çıxışlar etmişdirlər.

Azərbaycan adına çıxış edən tarixçi Cavid Mövsümlü Xocalı rayonu və Xocalı soyqırımı haqqında tarixi baxımdan dinləyicilərə ətraflı məlumat verdikdən sonra, Qarabağ müharibəsi qəhrəmanı İbad Hüseynova tədbirin fəxri qonağı olaraq söz verilib

Qəhrəman İbad Hüseynov konfrans iştirakçılarına Azərbaycanın acılı bir günündə həmrəylik nümayiş etdirərək bu anı paylaşmaq üçün gələnlərə dərin təşəkkürünü bildirərək, soyqırım qurbanlarının intiqamının alınacağı günün mütləq olacağını və haqq-ədalət öz yerini tapmayana qədər mübarizə aparılacağını söyləyib. Bu sözlərdən sonra bütün salon qəhrəmanımızı ayağa qalxaraq alqışlayıb.

www.yenicag.az

508
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv