“Xocalı soyqırımı Ermənistanın tarixində qara ləkədir” – XİN

“Biz Xocalı soyqırımını törədənlərin Beynəlxalq Ədalət Məhkəməsinə verilməsi üçün çalışırıq”.

Yenicag.az xəbər verir ki, bu sözləri Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş könüllülər arasında esse müsabiqəsinin təltifetmə mərasimində xarici işlər nazirinin müavini Xələf Xələfov söyləyib.

Xocalı soyqırımının Ermənistanın tarixində qara ləkə olduğunu söyləyən nazir müavini deyib: “Biz regionda sülhün bərqərar olması üçün bütün addımları atırıq. Azərbaycanın sülh siyasəti qalib gələcək”.