!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xocalı soyqırımı Hindistan mediasında

!Reklam – Yazi

Gürcüstanda yaşayan azərbaycanlı ictimai fəal, araşdırmaçı Mehman İbrahimov Hindistan mediasında Xocalı soyqırımı və Qarabağ haqqında məqalə ilə çıxış edib.

Bu barədə Yenicag.az saytına diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk məlumat verib.

Məlumata görə, bu günlərdə İvane Javaxişvili adına Tiflis Dövlət Universitetinin sosiologiya və politologiya fakültəsinin tələbəsi Mehman İbrahimovun Ermənistanın Xocalıda törətdiyi soyqırım aktı ilə bağlı məqaləsi malayalam dilində Hindistanın “thejasnews” saytında geniş və ətraflı çap olunub.

Məqalədə Ermənistanın 20 ildən çoxdur ki davam edən işğalçılıq siyasəti, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində yaşaması öz əksini tapıb.

Məqaləni ingilis dilindən malaylam dilinə hindistanlı jurnalist, “Thejas”(İşıq) qəzetinin əməkdaşı Sidheeq Kapan tərcümə edib.

Qeyd edək ki, Dravid dillərinə aid malayalam dili əsasən Hindistanın Kerala əyalətində istifadə olunur. Hindistanın 22 rəsmi dilindən biridir. Kerala əyaləti, Lakşadvip və Pondiçerri birlik torpaqlarında rəsmi dildir. Hal-hazırda 35 milyon nəfər bu dildə danışır.

Məqalə ilə ətraflı tanış olmaq istəyənlər aşağıdakı linkə daxil ola bilərlər:

http://www.thejasnews.com/%E0%B4%A4%E0%B5%86%E0%B4%95%E0%B5%8D%E0%B4%95%E0%B5%81%E0%B4%95%E0%B4%BF%E0%B4%B4%E0%B4%95%E0%B5%8D%E0%B4%95%E0%B4%A8%E0%B5%8D%E2%80%8D-%E0%B4%AF%E0%B5%82%E0%B4%B1%E0%B5%8B%E0%B4%AA%E0%B5%8D%E0%B4%AA.html/

www.yenicag.az

1560
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv